Gündəm Özəl

“TEKNOFEST Türkiyə - 2023”ün azərbaycanlı qalibi gömrük əməkdaşları ilə bağlı narazılığına aydınlıq gətirib — FOTO

“TEKNOFEST Türkiyə - 2023”ün azərbaycanlı qalibi gömrük əməkdaşları ilə bağlı narazılığına aydınlıq gətirib — FOTO

“TEKNOFEST Türkiyə - 2023”ün qalibi, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov gömrük əməkdaşları ilə bağlı səsləndirdiyi tənqidi fikirlərinə aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, Ceyhun Xəlilov fikirləri düzgün anlaşılmadığına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından üzürxaqlıq edib:

“Əziz dostlar, məqalənin sonunda kiçik bir anlaşılmazlıq olub. Belə ki, məhs gömrük əməkdaşları mənə Türkiyəyə gedə bilməyim üçün sənədləşmənin tez aparılmasına köməklik ediblər!

Anlaşılmamazlığa görə, şəxsən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından üzürxaqlıq edirəm və qısa zamanda düzəlişin olması üçün, gərəkəni edirəm”.

Qeyd edək ki, Ceyhun Xəlilov Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarına yardım etmək üçün özünün ixtira etdiyi aparatını qardaş ölkəyə aparmaq istəsə də, Azərbaycanın gömrük məmurları tərəfindən 2 gün Bakıda hava limanında saxlanıldığını bildirmişdi.

“TEKNOFEST Türkiyə - 2023”ün azərbaycanlı qalibi gömrük əməkdaşları ilə bağlı narazılığına aydınlıq gətirib — FOTO

Həsən Demokrat.az

NE
Nihadə Eyyubova