Hadisə

Şəmkirdə ağır qəza: Xəsarət alanlar var

Şəmkirdə ağır qəza: Xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, “Nissan”markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurab Alıyev, onun qardaşı Elçin Alıyev və əmisi oğlu, 1994-cü il təvəllüdlü Elçin Alıyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan E.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova