Dünya Özəl

BMT: “Ötən ay 200 min insan Sudanı tərk edib”

BMT: “Ötən ay 200 min insan Sudanı tərk edib”

BMT Sudanda təxminən bir ay əvvəl başlayan münaqişə səbəbindən 200 min insanın ölkəni tərk etdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Olqa Sarrado miqrasiya ilə bağlı məlumat verib.

O bildirib ki, 1 aydır davam edən münaqişələr səbəbindən təxminən 200 min insanın ölkəsini tərk etmək məcburiyyətində qalıb:

"200 mindən çox insan ölkəsini tərk edərək digər ölkələrə sığınıb. İnsanlar təhlükəsizlik axtarışındadır".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova