Dünya Özəl

Rusiya ordusuna məxsus helikopter qəzaya uğradı — Ölənlər var

Rusiya ordusuna məxsus helikopter qəzaya uğradı — Ölənlər var

Krımda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin təlim uçuşu zamanı qəzaya uğrayıb:

"Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Vertolyotun düşdüyü ərazidə dağıntılar baş verib və qəza nəticəsində 2 pilot həyatını itirib".

Araşdırma aparmaq üçün hadisə yerinə ekspertlər göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova