Gündəm

Azərbaycanlı gənclərdən prezident Ərdoğana dəstək — VİDEO

Azərbaycanlı gənclərdən prezident Ərdoğana dəstək — VİDEO

Azərbaycanlı gənclər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirib.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video görüntülər yayılıb və görüntülərin Azərbaycanın Qazax rayonunda çəkildiyi bildirilib.

Məlumata əsasən, gənclər Azərbaycan və Türkiyə bayraqları ilə “Rəcəb Tayyib Ərdoğan” musiqisi altında Türkiyə prezidentinə dəstəyini göstərib.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

D
demokrat.az