Siyasət

"Prezidentimizin müraciəti xalqın ürəyindəndir"

Prezidentimizin müraciəti xalqın ürəyindəndir

Şuşanın 270 illik tarixi əlamətdar, eləcə də təlatümlü, həyəcanlı, qorxulu aylarla, illərlə zəngindir. Tarixlər boyu gözəlliyi və strateji mövqeyi insanları özünə cəlb edən və düşmənlərin göz dağına çevrilən Şuşamızın başı çox müsibətlər çəkmişdir. Son illər erməni faşistlərinin oylağına çevrilən, dağıdılan, məhv edilənŞuşamız bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin mətanəti və siyasi məharəti, ordumuzun, igid oğul və qızlarımızın qəhrəmanlığı, xalqımızın mətin iradəsi və birliyi sayəsində azaddır və özünün ən xoşbəxt günlərini yaşayır. Dövlətimizin rəhbərinin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyində Şuşadan xalqa müraciəti və “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır” ifadələrini qürurla səsləndirməsi hər bir vətəndaşının qəlbini riqqətə gətirmişdir.

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” söyləyən cənab İlham Əliyev öz xalqına, Ulu öndərə yeni bir hesabat verdi. Bu tək rəhbərin deyil, ürəyi Şuşa və Prezidentlə döyünən xalqın hesabatı idi. Məhz buna görə də dövlətimizin başçısı .Şuşanı seçmişdi. Çünki Ümummilli Liderimizin, şəhidlərimizin, işğal dövründə dünyasını dəyişən, faciələrlə qarşılaşan insanların ruhu Şuşamızı dolaşırdı, cənab İlham Əliyevin qürurlu səsini eşidib sevinirdi.Azərbaycanın Zəfər qələbələri inkişafımızın uğurları ilə üst - üstə düşdüyü üçün həyatımızı daha da dəyərləndirilir. Müraciətdə səsləndirildiyi kimi “son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur”.

Son 20 ildə Azərbaycanın iqtisadi - sosial inkişafı istiqamətində həyata keçirilən mühüm dövlət proqramları, düşünülmüş layihələr sürətli inkişafa və tərəqqiyə imkan yaratmış, iqtisadiyyatımız 3 dəfədən çox artmış, valyuta ehtiyatlarımız 65 milyard dollara çatdırılmış, insanların sosial - rifahı halı qat - qat yüksəlmişdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin ölməz ideyalarının, onun amallarının, arzularının sədaqətlə, ardıcıl həyata keçirilməsinin nəticəsidir. Ümummilli Liderimizin vəsiyyətini yerinə yetirmək, arzularını çiçəkləndirmək xalqımızın istəyi və borcudur. Məhz bu ideyalar bizi daha xoşbəxt günlərə, yadda qalan uğurlara, inkişaf və tərəqqiyə çatdıracaqdır.

Prezidentimizin müraciəti xalqın ürəyindəndir
Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

D
demokrat.az