Dünya Özəl

Epilepsiya xəstəliyi ilə bağlı yeni müalicə cihazı hazırlandı — FOTO

Epilepsiya xəstəliyi ilə bağlı yeni müalicə cihazı hazırlandı — FOTO

İsveçrə alimləri epilepsiya xəstəliyinin müalicəsində istifadə oluna biləcək yeni cihaz hazırlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Yumşaq robot texnologiyası ilə hazırlanan elektrodun epilepsiya və bəzi nevroloji xəstəliklərin müalicəsində istifadə oluna biləcəyi bildirilib.

Adi elektrodlar beyin səthini stimullaşdırmaq üçün istifadə olunur.

Lakin onlardan istifadə üçün xəstənin kəllə sümüyündə böyük bir sahənin açılması lazımdır.

Yeni yaradılmış elektrod kəllədəki ən kiçik dəlikdən keçə bilir və beynin səthinə yerləşdirilir.

Alimlərin fikrincə, bu, müalicə üçün ən əlverişli cihazdır.

Epilepsiya xəstəliyi ilə bağlı yeni müalicə cihazı hazırlandı — FOTO

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova