İkt Özəl

“Tvitter”də yenilik: Səsli və görüntülü zəng etmək mümkün olacaq

“Tvitter”də yenilik: Səsli və görüntülü zəng etmək mümkün olacaq

“Tvitter” sosial şəbəkəsi ilə tezliklə audio və video zənglər etmək mümkün olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.

O bildirib ki, tezliklə bu platformanın hər bir istifadəçisi səsli və görüntülü zəng funksiyasından istifadə edə biləcək:

"Siz dünyanın istənilən yerindən olan insanlarla telefon nömrənizi vermədən ünsiyyət qura biləcəksiniz".

İlon Maskın sözlərinə görə, tətbiqinin son versiyasında müəyyən yeniliklər var:

"Yeniliklər tez bir zamanda ictimaiyyətə təqdim olunacaq".

Aysu Demokrat.az

D
demokrat.az