Gündəm

Vahid Əhmədov Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi — FOTO

Vahid Əhmədov Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi — FOTO

Millət vəkili Vahid Əhmədov deputat seçildiyi Quba rayonunda xalqımızın Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən bir sıra tədbirlərdə iştirak edib, seçiciləri ilə görüşərək onları qəbul edib. İlk öncə,Ulu Öndər Heydər Əliyevin abidəsi Milli Məclisin deputatları Vahid Əhmədov və Anatoliy Rafailov,Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev,rayon müəssisə və təşkilat rəhbərləri,şəhid və qazi ailələri tərəfindən ziyarət edilmiş və abidə önünə ehtiram əlaməti olaraq əklilər düzülmüşdür.Daha sonra, Heydər Əliyev Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin foyesində foto-sərgiyə baxış keçirilmişdir.Vahid Əhmədov da öz növbəsində Ulu Öndərlə bağlı xatirələrini paylaşmış və onun Azərbaycan xalqına və dövlətinə olan misilsiz xidmətlərini qeyd etmişdir.Ardınca ,millət vəkili Vahid Əhmədov Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Quba Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan yığıncaqda iştirak etmişdir. Daha sonra,Vahid Əhmədov vətən müharibəsi qazisi Elgün Nəsrullayevin Quba Yay şadlıq sarayında təşkil olunan toy mərasimində iştirak etmişdir. Toy məclisində çıxış edən millət vəkili ,mərdliyi və cəsarəti ilə seçilən Quba əhalisi ilə hər zaman fəxr etdiyini söyləyərək,onlara dövlətçilik ideyalarını və ölkə Prezidenti İlham Əliyevin apardığı siyasəti daim dəstəklədikləri üçün öz dərin minnətdarlığını bildirmişdir.Millət vəkili sevindirici məqam kimi,Quba şəhərində şəhid və qazi ailələri ilə bağlı problemlərin çox qısa müddətə həll edildiyini və onlara xüsusi dəstəyin göstərildiyini qeyd etmişdir.O,bu məsələdə Rayon İcra Hakimiyyətinin rəhbərliyinin rolunu xüsusi qeyd etmişdir.Yekunda,millət vəkili yeni ailə quran gənclərə xeyir-dua vermiş və onların gələcək övladlarının da vətənpərvər ruhda böyüməsini arzu etmişdir. Toy mərasimindən sonra,deputatın Quba şəhərində yerləşən ofisində növbəti qəbulu keçirilib.Quba,Xaçmaz,Şamaxı və Bakıdan gələn 101 nəfər deputat tərəfindən fərdi qaydada qəbul edilərək onların problemləri dinlənilmişdir.Qəbul zamanı qaldırılan məsələlərin əsasını iş yerlərinin olmaması,əlilliyin təyini ilə bağlı yaranan çətinliklər,maddi yardım,məhkəmə qərarlarının icrası zamanı yaranan qanun pozuntuları təşkil etmişdir. Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanılaraq bir çox məsələlər yerindəcə həllini tapıb,həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müraciətlərin hazırlanması üçün köməkçiyə tapşırıqlar verilib. Yekunda,millət vəkili Vahid Əhmədov Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan konsert proqramında iştirak edib.

D
demokrat.az