Siyasət

Ağstafada 15 yaşlı oğlanı ildırım vurub öldürdü

Ağstafada 15 yaşlı oğlanı ildırım vurub öldürdü

Ağstafada yeniyetməni ildırım vurub.

Demokrat.az "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndi ərazisində olan fermaların birində baş verib. Tovuz rayon Aşağı Quşçu kənd sakini - 2004-cü il təvəllüdlü Roman Elman oğlu Süleymanovu ildırım vuraraq öldürüb. Məlumata görə, yeniyetmə fermaya atasına kömək üçün gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az