Dünya Özəl

Pakistanda etiraz aksiyalarında ölənlərin sayı 8-ə çatdı

Pakistanda etiraz aksiyalarında ölənlərin sayı 8-ə çatdı

Pakistanın keçmiş baş naziri İmran Xanın saxlanılmasından sonra keçirilən kütləvi etirazlarda ölənlərin sayı 8-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, keçmiş baş nazir İmran Xanın korrupsiya ittihamı ilə həbsindən sonra küçələrə çıxan minlərlə Xan tərəfdarı ilə polis arasında qarşıdurmalar davam edir.

Polisin yaydığı məlumata görə, etirazlarda həyatını itirənlərin sayı 8-ə, yaralıların sayı isə 27-yə yüksəlib.

Polis indiyə qədər 1000-ə yaxın adamın saxlanıldığını da açıqlayıb.

Aysu Demokrat.az

D
demokrat.az