Siyasət Özəl

“Ermənistanın başqa istinad nöqtəsi olmadığından buna məcburdur” — Ərəstun Oruclu

“Ermənistanın başqa istinad nöqtəsi olmadığından buna məcburdur” — Ərəstun Oruclu

“Həm Paşinyanın, həm də onun rəsmilərinin 1975-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsinin qəbul edilməsi Azərbaycanın xeyrinədir. Ona görə ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin işarələnməsi, yəni onların delimitasiyası ən dəqiq şəkildə 1974-75-ci illərdə sovet ordusunun silahlı qüvvələrin baş qərargahı tərəfindən hazırlanmış xəritədə mövcuddur. Bir sıra mənbələrin fikrincə, həmin xəritələrin bugünkü versiyaları da mövcuddur. Həmin xəritə iki il əvvəl müzakirə olunanda, Ermənistan bununla heç cür razılaşmırdı. Yəni, mənbə kimi o göstəriləndə, istinad ediləndə, Ermənistan buna qarşı çıxırdı. Çünki 1975-ci ildən sonra bir sıra əraziləri Ermənistan bir növ özünüküləşdirib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib.

Politoloq deyib ki, həmin illərdən sonra Ermənistan orada toponimləri də dəyişib:

“Artıq sülh prosesi qaçılmaz olduğundan, sülh prosesini pozmamaq üçün Ermənistan bununla məcburən razılaşır. Yeri gəlmişkən, bu xəritələr haqqında 2021-ci ildə Rusiya prezidenti Vladimir Putin də danışmışdı. Bu, əslində Azərbaycan üçün əlverişlidir. Hətta, 44 günlük savaşdan az sonra Azərbaycan da həmin xəritələrə istinad edirdi. Ermənistan isə bununla razılaşmırdı.

İndi sülh prosesinin davam etməsi, onun pozulmaması üçün Erməmistan anlayır ki, məcburən həmin xəritələrlə razılaşmalı olacaq. Başqa alternativ də yoxdur. Hətta, başqa xəritə də yoxdur ki, Ermənistan ona istinad etsin. Ermənistanın başqa istinad nöqtəsi olmadığından buna məcburdur”.

Şəhanə Demokrat.az

D
demokrat.az