Kanadanın Alberta əyalətində ard-arda 100-dən çox meşə yanğını baş verib.
Demokrat.az xəbər verir ki, yanğın nəticəsində 121 min hektar ərazi külə dönüb.
Yanğın ətraf ərazilərə də sıçrayıb.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım və yanğın söndürmə qrupları gəlib.
Rəsmilər yanğın zamanı 25 minə yaxın insanın xilas edildiyini bildirib.
Ərazidəki yanğınlar kosmosdan da görüntülənib.



