Dünya Özəl

Ukrayna Rusiyanın öyündüyü hipersəs raketini vurdu

Ukrayna Rusiyanın öyündüyü hipersəs raketini vurdu

Ukrayna Silahlı Qüvvələri ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi vasitəsilə Rusiya tərəfindən atılan “Kinjal” hipersəs raketini zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya sözügedən raketdən Ukraynaya qarşı müharibəyə başlayandan bəri dəfələrlə istifadə edib və ölkədə çoxlu insan tələfatına səbəb olub.

Rusiya hərbi və siyasi rəhbərliyinin müasirliyi ilə öyündüyü “Kinjal” hipersəs raketi ABŞ-ın 80-ci illər istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi ilə havada məhv edilib.

Qeyd edək ki, hipersəs silahlar Max 5 yaxud 3806 mil/saat sürətlə hərəkət edə bilən silahlara deyilir. Bu silahlar kosmosa yüksələ bilir və öz hədəflərinə qarşı bir təyyarənin izlədiyi trayektoriyaya oxşar formada hərəkət edərək yüksək sürət yığmaq üçün aerodinamik qüvvədən istifadə edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova