Gündəm Özəl

Hüquqşünas: “Əfv Sərəncamı insanlara azadlıqla yanaşı, vətəndaş-dövlət münasibətlərinin inkişafına əhəmiyyətli töhfə olacaq”

Hüquqşünas: “Əfv Sərəncamı insanlara azadlıqla yanaşı, vətəndaş-dövlət münasibətlərinin inkişafına əhəmiyyətli töhfə olacaq”

"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanması olduqca təqdirəlayiq haldır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Tanınmış hüquqşünas bildirib ki, bu, çox humanist addımdır:

"Bununla növbəti dəfə dövlətimiz öz vətəndaşlarına qarşı humanist münasibətini sübut etdi. Hər birimiz növbəti Əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndiririk.

İnanıram ki, Prezident İlham Əliyev tərəfindən növbəti Əfv Sərəncamının imzalanması insanlara azadlıq verməklə yanaşı, həm də vətəndaş-dövlət münasibətlərinin inkişafına əhəmiyyətli töhfə olacaq”.

Şəhanə Demokrat.az

D
demokrat.az