Gündəm Özəl

Hüquq müdafiəçisi: "Vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin Əfv Sərəncamını yüksək qiymətləndirir"

Hüquq müdafiəçisi: Vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin Əfv Sərəncamını yüksək qiymətləndirir

"Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı Əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir. Bu ilki Əfv Sərəncamı isə daha böyük dairəni əhatə etdi və 801 nəfərə şamil olundu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamı yüksək qiymətləndirir:

"Prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu əfv Sərəncamını Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda əsasını qoyduğu humanist siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamıdır. Bildiyimiz kimi, cənab Prezident özünün əfv qərarı vermək səlahiyyətindən dəfələrlə istifadə edib. Bu da Azərbaycanda milli həmrəyliyə, vətəndaşın öz dövlətinə inamının artmasına xidmət edən bir addımdır.

Cənab Prezident cəzaçəkmə müəssisələrindəki insanların yenidən azad, fəal həyata qaytarılmasını təmin etməklə onların üzərinə düşən məsuliyyəti artırır. Bu məsuliyyət yenidən cinayət törətməmək, Azərbaycanın layiqli vətəndaşı kimi yaşamaq, ictimai faydalı işlərlə məşğul olmaq, vətənə, dövlətə layiq vətəndaş olmaq deməkdir. Təbii ki, hər bir kəsi bu Əfv Sərəncamı sevindirir".

Şəhanə Demokrat.az

D
demokrat.az