Dünya Özəl

Fransadan türk qadınla bağlı QƏRAR

Fransadan türk qadınla bağlı QƏRAR

Fransada Dövlət Şurası terrorizmdə təqsirli bilinən türk qadının vətəndaşlıqdan çıxarılmasını dəstəkləyib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

25 yaşlı qadın Ünzile Nur Sert 2017-ci ildə Fransada terror aktı planlaşdırdığı üçün mühakimə olunub.

Bu il həbs müddəti bitdikdən sonra Fransa Dövlət Şurası qadının vətəndaşlıqdan çıxarılması barədə qərar qəbul edib.

Gənc qadın fevralın 17-də vəkilləri vasitəsilə vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərara etiraz edib.

Qeyd edək ki, türk əsilli qadına 2010-cu ildə Fransada vətəndaşlıq verilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova