Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehran Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Abbas Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.
Qeyd edək ki, Qəbələ şəhəri sakini Həsənov Mehran Ağalı oğlu idarə etdiyi "QAZ-3110" minik markalı avtomobillə rayonun Laza kəndi ərazisində idarəetməni itirib.
Nəticədə avtomobil yolun sol tərəfində olan dərəyə aşıb. Avtomobildəki sərnişin, Qəbələ şəhər sakini Maarif Xasıyev hadisə yerində ölüb.
Mehran Həsənovovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


