Gündəm Özəl

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilir — FOTO

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilir — FOTO

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Estetik Tibb, Dermatologiya və Kosmetologiya (EDK) üzrə 1-ci Beynəlxalq Elmi-praktiki Konfrans işə başlayıb.

Demokrat.az xəbər verir ki, konfrans “Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyəti” və “Azərbaycan Kosmetoloqlar və Plastik Cərrahlar Cəmiyyəti” tərəfindən təşkil olunub.

Tədbirin açılışından sonra ilk olaraq, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca “Ulu öndər Heydər Əliyevin həyat” yolu adlı vidroçarx nümayiş olunub.

Tədbirdə içıxış edən fəlsəfə üzrə doktor Azər Allahverənov bildirib ki, sözügedən konfransın mühüm sosial əhəmiyyəti var:

"Bu tədbirin təşkilatçıları çox ağır bir yükün altına girib. Təşkilatçıların hər birinə minnətdarlığımı bildirirəm. Azərbaycan hər zaman vacib məsələlərə ilk olaraq imza atan ölkələrdən biridir. Belə bir beynəlxalq tədbirin Azərbaycanda təşkil olunması çox böyük qürurdur. Tədbirin mahiyyəti tibb sahəsinin inkişafına həsr olunub. Hər kəsi bu gözəl addımı dəstəkləməyə dəvət edirəm".

Hazırda tədbir çıxışlarla davam edir.

Aysu Demokrat.az

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilir — FOTO

D
demokrat.az