Region Özəl

Sərhədsiz Reportyorlar Təşkilatı: "Türkiyədə seçkiöncəsi jurnalistlərə qarşı təzyiqlər artıb"

Sərhədsiz Reportyorlar Təşkilatı: Türkiyədə seçkiöncəsi jurnalistlərə qarşı təzyiqlər artıb

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri öncəsi jurnalistlərə qarşı təzyiqlər artıb.

Demokrat.az xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Sərhədsiz Reportyorlar Təşkilatının hazırladığı Dünya Mətbuat Azadlığı İndeksində Türkiyə əvvəlki ilə nisbətən 16 pillə geriləyərək, 180 ölkə arasında 165-ci yerdə qərarlaşıb.

Təşkilatın 3 May Dünya Mətbuat Azadlığı Günü ilə bağlı dərc etdiyi hesabatda Türkiyədə milli medianın 90 faizinin hökumətin nəzarətində olduğu bildirilib.

Məlumatda o da qeyd olunub ki, hazırda Türkiyədə 31 jurnalist və bir media işçisi həbsdədir.

Aysu Demokrat.az

D
demokrat.az