Ankaranın Nallıhan mahalında, polis tərəfindən təşkil edilən fahişəlik əməliyyatında, saxlanılan 10 nəfərdən 6-sı həbs edilib.
Demokrat.az-ın məlumatına görə, Nallıhan Polis İdarəsinin əməkdaşları ərazidə müxtəlif ünvanlarda qadınları fahişəliyə cəlb edən etdirən bir şəbəkəni saxlayıb. Şəbəkəni təqibə alan polislər təyin olunan ünvanlara axşam vaxtı əməliyyat təşkil ediblər. Əməliyyatda, 10 şübhəli şəxs saxlanılıb. Onlardan 6-sı məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Şəbəkə tərəfindən fahişəliyə cəlb edilən 4 azərbaycanlı qadın zərər çəkmiş qismində izahatı alınması üçün polis idarəsinə aparılıb.


