Hadisə Özəl

Gəncədə kürəkən və qayınana arasında cehiz DAVASI

Gəncədə kürəkən və qayınana arasında cehiz DAVASI

Gəncə şəhərində 1976-cı il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı keçmiş qayınanası Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 5 sentyabr 2006-cı ildə Aynurə ilə ailə həyatı qurub:

“Aynurə ilə birgə nigahımızdan iki qız övladımız dünyaya gəlib. Aynurə ilə ailə daxili münaqişələrimiz olduğu üçün 2018-ci ildə boşanmaq qərarına gəldik. 2018-ci ilin noyabrın 14-də Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə boşandıq. Aynurə ilə boşandıqdan sonra ona məxsus çehizlərin çıxarılması üçün dəfələrlə xahış etməyimə baxmayaraq özünə məxsus cehizləri evdən çıxarmadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə cehizlərin çıxarılması üçün Kəpəz rayon Məhkəməsinə (hazırda bu məhkəmə ləğv edilib – red.) müraciət edib:

“2021-ci ildə Sevil ilə rəsmi qaydada ailə həyat qurmuşam. Budan sonra yaşadığım evdə olan zaman qapı döyüldü. Qapını açan zaman keçmiş qaynanam Lətifə evin həyətinə daxil oldu. Lətifə keçmiş arvadım Aymurənin cehizlənini götürməyə gəldiyini dedi. Lətifəyə əşyaların çıxarılması üçün məhkəməyə müraciət etdiyimi və məhkəmə qərarından sonra əşyaların çıxarılmasına icazə verəcəyimi bildirdim. Mənim bu sözümdən sonra Aynurə səsini qaldıraraq əşyaları götürməyə icazə vermiyəcəkdinsə, niyə görə avtomobil gətizdirdiymi dedi. Əsəbi halda mənə qarşı nalayiq ifadələr işlətdi. Ardınca isə tualetin yanında olan təmizləyici vasitələri mənə tərəf atdı. Lakin kənara çəkildim və əşyalar mənə dəymədi. Ardınca isə Lətifə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək məlumat verdi”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır:

“Təqsirləndirilən Abbas mənim keçmiş kürənimdir. Qızımla 2016-cı ildə ailə həyatı qurub. Lakin 2018-ci ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qararı ilə rəsmi qaydada boşandışlar. Aynurə boşanmasına baxmayaraq gəlin gedən zaman apardığı cehizləri Abbasın evində qaldı. Həmin əşyaları çıxarmamaqda səbəb isə Abbas ilə qızımın barışmaq ehtimalı olub. Təxminən son bir ildə isə Abbas tələb etdi ki, qızımın əşyalarını çıxarım. Lakın qızım həmin evdə yaşamaq hüququ olmaq üçün məhkəməyə müraciət etdiyindən əşyaları məhkəmənin qararından sonra çıxarmaq istədik” .

Zərərçəkmiş deyib ki, 2021-cidə Abbasın anası Südabə zəng edib və onun qızına məxsus olan cehizlərin çıxarılmasını tələb edib:

“Mən də Südabəyə boş vaxtım olanda gəlib götürəcəyimi bildirdim. Hadisə baş verən günü, saat təxminən 16 radələrində Gəncə Abbasın evinə getdim. Mənimlə birlikdə iki qohumum, nəvələrim, taksi sürücüsü ilə getmişdik. Qapını döydüm və Abbas qapını açaraq niyə bizim gəlmə səbəbimizi soruşdu. Mən isə əşyaları götürmək üçün gəldiyimi bildirdim. Abbas əşyaları verməyəcəyini deyərək əşyaların çıxarılması üçün məhkəməyə müraciət etdiyini dedi. Mən isə bu qədər xərç çəkərək cehizləri aparmaq üçün avtomobil getirdiyimi bildirdim. Abbas isə məni təhqir edərək yaşadığı evdən çıxmağımı tələb etdi. Pilləkən ilə qalxaraq əşyaların yerində olub-olmasını görmək istədim. Abbas saçımdan tutaraq dartdı, sonra isə qollarımdan dartaraq mənə təpik və yumruq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vurdu. Daha sonra javel butulkası ilə başıma vurdu, javelin qapağı açılaraq üzərimə töküldü. Həmin vaxt nəvəm bizi araladı”.

Zərərçəkmiş deyib ki, mübahisə bitdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.

Məhkəmə Abbasın barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş cinаyət məsuliyyətindən аzаd edilib.

Abbasın barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az