Dünya

Afrikada piratlar Gürcüstan vətəndaşlarını qaçırıblar

Afrikada piratlar Gürcüstan vətəndaşlarını qaçırıblar

Dəniz quldurları Qabonun akvatoriyasında lövbər salmış gəmidən üç dənizçini qaçırıblar.

Bubarədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qaçırma mayın 2-nə keçən gecə baş verib, qaçırılanlardan ikisi Gürcüstan vətəndaşıdır. Məlumatda gəminin adı və hansı bayraq altında üzdüyü göstərilmir.

Gürcüstanın müvafiq qurumları dənizçilərin azad olunması istiqamətində fəal iş aparırlar.

NE
Nihadə Eyyubova