Dünya Özəl

Hollivudda minlərlə ssenarist tətil elan etdi

Hollivudda minlərlə ssenarist tətil elan etdi

Amerika Ssenari Müəllifləri Assosiasiyası 11 500 üzvünün tətil elan etdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, buna ssenaristlərin studiya şirkətləri ilə uğursuz danışıqları səbəb olub.

Bu gündən etibarən başlayan tətilin film təqdimatlarında gecikmələrə səbəb ola biləcəyi bildirilir.

Xatırladaq ki, ssenari müəllifləri sonuncu dəfə 2007-ci ildə tətil etmişdilər. İşçilərin bu tətili təxminən 2 milyard dollar itkiyə səbəb olmuşdu.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova