Gündəm Özəl

Politoloq: "Türkiyədə baş verən zəlzələ milyonlarla seçiciyə mənfi təsir edib"

Politoloq: Türkiyədə baş verən zəlzələ milyonlarla seçiciyə mənfi təsir edib

"Fevralın 6-da Türkiyədə baş verən zəlzələ milyonlarla seçiciyə mənfi təsir edib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib.

Siyasi şərhçi deyib ki, bu, seçkilərəin taleyinə də təsir edə bilər:

"2023-cü il mayın 14-də parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə iki əsas qüvvə iştirak edir. Əsasən Ərdoğanın təmsil etdiyi Xalq Alyansı ilə Kamal Kılıçtaroğlunun təmsil olunduğu Milli Alyans arasında yarış olacaq.

Məhərrəm İncə və Sinan Oğan da CB-nin namizədliyi üçün iştirak edirlər.Ümumiyyətlə, bu seçkilərin gərgin keçəcəyi qənaətindəyəm. Çünki iqtisadi böhran, zəlzələ və digər tarazlıqlar Ərdoğanın seçkilərdə hələlik itirəcəyi bir tendensiya ortaya qoyur".

Nəzrin Demokrat.az

D
demokrat.az