Sumqayıtda məşq zamanı aldığı xəsarət nəticəsində vəfat edən Fərid Bakarovun ölüm səbəbi məlum olub.
Demokrat.az xəbər verir ki, Futbolpress.az saytının əldə etdiyi məlumata görə, mərhum kəllədaxili travma səbəbindən dünyasını dəyişib.
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.


