Maliyyə Özəl

ABŞ-ın maliyyə naziri: "Bir aya nağd valyutamız bitə bilər"

ABŞ-ın maliyyə naziri: Bir aya nağd valyutamız bitə bilər

ABŞ -ın maliyyə naziri Janet Yellen nağd valyuta ehtiyyatları ilə bağlı şok xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Janet Yellen bildirib ki, ABŞ Konqresi borclanma limitini qaldırmasa və ya dayandırmasa, ölkədə nağd valyuta çatışmazlığı yarana bilər.

Nazir Konqresi təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, hazırda ABŞ-ın nağd valyuta limiti 31,4 trilyon dollar təşkil edir.

Aysu Demokrat.az

D
demokrat.az