Dünya Özəl

ABŞ-da qum fırtınası zamanı 40-dan çox avtomobil toqquşdu

ABŞ-da qum fırtınası zamanı 40-dan çox avtomobil toqquşdu

ABŞ-ın İllinoys ştatında qum fırtınası səbəbindən 40-dan çox avtomobil toqquşub.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata əsasən, qəza yerli vaxtla saat 12 radələrində baş verib.

40 minik avtomobili və bir neçə yük maşının toqquşması səbəbilə partlayış baş verib.

Qəza nəticəsində 30-a yaxın adam yaralanıb.

Qeyd edək ki, fırtınada həyatını itirənlərin sayı hələ açıqlanmayıb.

Aysu Demokrat.az

D
demokrat.az