Dünya Özəl

Filippində 46 uçuş ləğv edildi

Filippində 46 uçuş ləğv edildi

Filippinin paytaxtı Manilada hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən 46 reys təxirə salınıb.

Demokrat.az xəbər verir ki, Manila Beynəlxalq Hava Limanı məsələ ilə bağlı açıqlama verib.

Bildirilib ki, elektrikin dayanmasına görə bir çox reysdə gecikmələr yaşanıb.

Eyni zamanda gecikmələr səbəbindən 46 uçuş reysi ləğv edilib.

Qeyd etmək lazımdır ki, texniki nasazlığın hansı səbəbdən baş verdiyi məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova