Siyasət

Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş olub — YENİLƏNDİ

Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş olub — YENİLƏNDİ

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Bu barədəErmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, diplomatlarregionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

xxx

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

“Report”xəbər verir ki, görüşCorc Şultz adına Xarici İşlər üzrə Milli TədrisMərkəzində keçirilir.

Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.

NE
Nihadə Eyyubova