Şou-biznes

“10 dəfə salam verirəm, birini götürür, ya götürmür” — Ağamirzə

“10 dəfə salam verirəm, birini götürür, ya götürmür” — Ağamirzə

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var.

Demokrat.az xəbər verir ki bu barədə Olay-a sənətçinin yaxın dostu, həmkarı Ağamirzə Məmmədov məlumat verib.

O bildirib ki, söz utsasının səhhətində bir dəyişiklik yoxdur:

"Kərimin yanına gedirəm. Lakin 1 dəqiqədən artıq əyləşə bilmirəm. On dəfə salam verirəm, birini götürür, ya götürmür. Çox vaxt da cavab vermir. Ancaq gözümün içinə, ora-bura baxır. Nə əyləşə, nə danışa, nə də yeriyə bilir. Kərim də içində olmaqla Allah bütün xəstələrə şəfa versin".

D
demokrat.az