Dünya Özəl

Rusiya Ukraynanı yenidən raketlə vurdu: 5-i uşaq olmaqla 34 yaralı var

Rusiya Ukraynanı yenidən raketlə vurdu: 5-i uşaq olmaqla 34 yaralı var

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

O bildirib ki, Rusiya Dnepropetrovsk vilayətindəki mülki yaşayış məntəqəsini hədəf alıb.

Hücum nəticəsində 5-i uşaq olmaqla 34 nəfər yaralanıb.

Son bir həftədə Rusiyanın Ukraynaya qarşı raket hücumları artmağa başlayıb.

Aysu Demokrat.az

D
demokrat.az