Cəlilabadda baş verən yol qəzasında iki qadın xəsarət alıb.
Demokrat.az xəbər verir ki, rayon ərazisində qeydə alınan qəzada 1970-ci il təvəllüdlü Nəcibə Məmmədova və 1958-ci il təvəllüdlü Mənzər Həşimova xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.//APA


