Gündəm

Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR

Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, "Birlik" jurnalının təsisçisi İlham İsmayılovun 63 yaşı tamam olur.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq mərkəzi(ATXƏM) ictimai birliyi paylaşım edib. Paylaşımda deyilir:

Türk xalqları və onların diaspora təşkilatları ilə əlaqələrin qurulmasında, dünyada Qarabağ həqiqətlərinin təbliğ olunmasında böyük əməyi olan, Türk dünyasının milli davasında öncül rol alan İlham İsmayılovu ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı arzu edirik.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında 15 ildən çoxdur ki, yüzlərlə yerli və beynəlxalq layihələri həyata keçirərək, öz fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasət kursuna uyğun quraraq, Azərbaycan həqiqətlərinin Türkdilli ölkələrlə əməkdaşlıq şəraitində, eləcə də Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vasitəsi ilə bütün dünyaya çatdırılmasına çalışmışdır.

Bu 15 il ərzində Azərbaycan həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılması İlham İsmayılovun fəaliyyətinin əsasını təşkil etmişdir.

İlham İsmayılov diaspor sahəsindəki fəaliyyətinə görə 2015-ci ildə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına üzvü seçilib, xidmətləri qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif olunub.

İlham İsmayılov həm də fəal ictimayyətçi və təşkilat rəhbəri olmaqla yanaşı, Azərbaycan və Türk xalqlarının tarixinə, mədəniyyətinə işıq salan “Birlik” jurnalının təsisçisi, eyni zamanda Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvüdür.

İlham İsmayılovun 63-cü yaş günündə bir daha fürsətdən istifadə edib onun rəhbərliyi altında təşkilatın həyata keçirdiyi bəzi mühüm beynəlxalq və yerli layihələri xatırlayaq. 1. Türk dünyasının böyük yazarı Çingiz Aytmatovun Azərbaycana səfərinin təşkili və ATXƏM-in mərkəzi ofisinin açılışı; (2008) 2. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans; (2008) 3. Bakı və Gəncə şəhərlərində Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransları; (2009) 4. Dərbənd şəhərində "Kitabi-Dədə Qorqud və Dərbənd" mövzusunda beynəlxalq konfrans; (Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə) (2010) 5. Naxcıvanda Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix konfransları; (2010) 6. Fransanın Strasburq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinqlər; (Strasburq Azərbaycan Evi ilə birgə) (2011-2013) 7. Brüsseldə - Avropa Parlamentində "Cənubi Qafqaz və Avropa İttifaqı əlaqələri" mövzusunda konfrans; (2011) 8. Türkiyənin paytaxtı Ankara şəhərində "Dağlıq Qarabağ probleminin həllində Türk dünyasının rolu" konfransı; (TürkSAM la birgə. 150 QHT sədrinin iştirakı ilə) (2010) 9. Qarabağ bölgəsində (Xocavənd) 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransları; (2014) 10. Brüsseldə - Avropa Parlamenti önündə "Xocalıya ədalət" yürüş-mitinqi; (2015-2017) 11. Bakı şəhəri və Salyan rayonunda "Əli bəy Hüseynzadə və Türk dünyası" mövzusunda konfrans; (Salyan rayon İH birgə) (2014) 12. Xocavənd rayonunda "15 iyun - Milli Qurtuluş günü" ilə bağlı tədbir; (Xocavənd rayon İH birgə) (2012) 13. Salyan rayonu Qaraçala qəsəbəsində "3 may - Türkçülük günü" tədbirləri; (2010-2015) 14. "Ümummilli lider Heydər Əliyev-90" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi; (2013) 15. Qondarma "erməni soyqırım"ını tanımamağa görə Fransa Senatının çıxardığı cəza qanunu layihəsinə etiraz (konfrans və etiraz mitinqi) 16. "Qafqaz İslam Ordusu" mövzusunda konfranslar; (2008-2023) 17. «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans; (Mətbuat Şurası və MQF ilə birgə) (2013) 18. Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə QHT və Media nümayədələrinin görüşünün təşkili; (2013) 19. Avropada diaspora və Media lobbiçiliyi layihəsi. Brüssel və Haaqa şəhərlərində konfrans. 20. Xocalı soyqırımının 30 illiyi ilə bağlı Brüssel və Haaqa şəhərlərində tədbirlər və s.

Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR

Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR

Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR
Görkəmli türkçü İlham İsmayılovun 63 yaşı tamam olur — FOTOLAR

D
demokrat.az