Hadisə

Türkiyədə otel sahibi həbs olundu - 3 azərbaycanlı qadını fahişəliyə cəlb edib

Türkiyədə otel sahibi həbs olundu - 3 azərbaycanlı qadını fahişəliyə cəlb edib

Türkiyənin Trabzon şəhərində polis əyləncə mərkəzlərində, otellərdə fahişəliyə qarşı əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, Trabzonun Çömlekçi məhəlləsində fəaliyyət göstərən bir oteldə yoxlama aparılıb. Əməliyyat zamanı pul qarşılığında oteldə qadınların fahişəliyə cəlb edilməsini təşkil edən iki nəfər otel sahibi M.H və işçisi Y.H adlı şəxs həbs edilib. Onlara "fahişəliyə təşviq, vasitəçilik və ya məcbur etmə" maddəsi ilə cinayət işi açılıb.

Bununla belə, sözügedən oteldə 4 nəfər xarici vətəndaş olmaqla ümumilikdə 7 nəfər fahişəliyə cəlb edilən qadın saxlanılıb. Onlardan 3-ü Azərbaycan, biri Gürcüstan olmaqla, ümumilikdə 7 qadın zərər çəkmiş kimiizahatları alınması üçün Bölgə Polis İdarəsinəaparılıb.

Həbs edilən otel sahibi və işçisi olmaqla, ümumilikdə saxlanılan 7 qadınla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Demokrat.az

D
demokrat.az