BBC xəbər agentliyinin Qəyyumlar Şurasının sədri Riçard Şarp istefa verib.
Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Riçard Şarp keçmiş baş nazir Boris Consonun 800 min funt-sterlinq borcuna zamin tapmaqda vasitəçi olub və daha sonra Conson tərəfindən BBC-nin Qəyyumlar Şurasına gətirilib.
Məsələ ilə bağlı açıqlama verən sədr BBC-nin maraqlarını üstün tutduğu üçün istefa vermək qərarına gəldiyini bildirib.
Aysu Demokrat.az


