"Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsindən çalışan 2024 nəfərin təlimlərə cəlb edilməsi planlaşlaşdırılır".
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, Birliyin 8 Regional Qaz İstismarı İdarəsi (RQİİ) və Sumqayıt Qaz İstismarı Sahəsi üzrə 2023-cü ilin fevral-aprel ayları ərzində ümumilikdə 539 nəfər işçi ixtisasartırma təlimlərinə cəlb edilib:
"Bu ilin may ayında da 207 nəfər işçinin təlimə cəlb edilməsi üçün artıq ilkin və son qeydiyyat tamamlanıb. Təlimlər yenə eyni regionlar üzrə 15-26 may tarixlərində keçiriləcək".
Aysu Demokrat.az


