Gündəm Özəl

Deputat: "Vahid Əhmədov iqtisadi nailiyyətlərimizi kölgə altına salıb"

Deputat: Vahid Əhmədov iqtisadi nailiyyətlərimizi kölgə altına salıb

"44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandamızın ətrafında sözün əsl mənasında bir yumruq kimi birləşdi. Bir ideya, məqsəd ətrafında birləşərək işğal altında olan torpaqlarımızı azad etdi. Ancaq bu birləşmədən kənarda qalan, dəstək verməyən kimlər oldu? Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası. Yəni, biz bu məntiqə söykənsək, deyə bilərik ki, bunlar xalqın dostu deyil. Bunlar xalqı sevməyənlərdir, milli və dövlətçilik maraqlarmızı müdafiə etməyənlərdir. Bu gün Vahid Əhmədov Azərbaycan xalqı ilə birgə olmayan, onun qələbəsinə sevinməyən, ona dəstək verməyən hər iki partiyanın adını çəkərək, "onlar parlamentdə və yaxud seçkilərdə yer ala bilərlər" deməsi, fikrimcə düzgün yanaşma deyil. Məgər, bu illər ərzində onlar parlament seçkilərində iştirak etməyiblər? Dəfələrlə ediblər. Həm Xalq Cəbhəsinin, həm də Müsavat partiyasının üzvləri bütün parlament seçkilərində iştirak ediblər. Sadəcə olaraq, xalqın səsini toplaya bilmiyiblər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, radikal müxalifətin nüfuzu olmadığına görə, Azərbaycanın daima dövlətçilik və milli maraqlarına daban-dabana zidd fəaliyyət göstəriblər:

"Onların milli xəyanətkarlıqlarına görə, Azərbaycan xalqı hər iki partiyanı parlamentdə görməyib. Vahid Əhmədovun bu partiyaları dilə gətirib və parlamentdə yer ala biləcəkləri fikrini səslələndirməsi əlbəttə ki, "düşmən dəyirmanı"na su tökməyin ən bariz nümunəsidir. Bu, baxımdan mən Vahid Əhmədovun sözügedən müsahibəsini kəskin şəkildə pisləyirəm.

Digər tərəfdən, dövlət büdcəmizin bu ilin birinci yarım ili ərzində nə qədər artdığını Vahid Əhmədov də gözəl bilir. Bu il 1,5 milyard manat büdcə gəlirlərimiz artıb. Bu isə aparılan kadr islahatlarının, şəffaflığın təmin olunmasının nəticəsidir.

"Kölgə iqtisadiyyatı"nın ləğv olunması istiqamətində də nə qədər böyük fəailiyyət ortaya qoyulub. Korrupsiyaya qarşı mübarizədə konkret olaraq siyasi iradə mövcuddur və Vahid Əhmədov bunları dilə gətirmək əvəzinə, bu sahadəki iqtisadi nailiyyətlərmizi öz çıxışı ilə kölgə altına salıb. Bütün bunlar yolverilməzdir!".

Nəzrin Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova