“Yelo Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank yığılmış zərərindən qurtula bilməyib.
Pravda.az bankın hesabatına istinadən xəbər veri ki, “Yelo Bank” bu ilin 1-ci rübünü 304 milyon 889 min manatlıq yığılmış zərərlə start verib. Bu da 2022-ci ilin ötən rübü ilə müqayisədə 4 milyon 124 min manat çoxdur.
Bankın ümumi ehtiyatları isə 372 min manat artaraq 7 milyon 253 min manat olduğu üçün “Yelo Bank”ın cəmi kapitalı 4 milyon 495 min manat artaraq 80 milyon 764 min manata yüksəlib.


