Siyasət Özəl

"NATO və Avropa İttifaqı Rusiyanı parçalamağa çalışır" — Lavrov

NATO və Avropa İttifaqı Rusiyanı parçalamağa çalışır — Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) rekord sürətlə hərbi təşkilata çevrildiyini bəyan edib.

Demokrat.az xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında danışıb.

Lavrov bildirib ki, yanvar ayında Brüsseldə NATO ilə Aİ arasında imzalanan “strateji tərəfdaşlıq” bəyanatında Rusiyanın Ukraynaya müdaxiləsi “Avro-Atlantik təhlükəsizliyə böyük təhdid” kimi tənqid edilib, əməkdaşlığa çağırılıb:

"Lakin bu bəyanatda NATO-nun Aİ-nin təhlükəsizliyinə zəmanət verəcəyi ilə bağlı fikirlər yer almır".

Sergey Lavrov deyib ki, NATO və Avropa İttifaqı Rusiyanı parçalamağa çalışır:

"NATO-nun genişlənməsi Rusiyanın təhlükəsizliyini təhdid edir. Amma bu cür cəhdlər Rusiyanı daha da gücləndirəcək".

Aysu Demokrat.az

D
demokrat.az