Dünya Özəl

Avropa liderləri yaşıl enerji istehsalını gücləndirmək üçün razılığa gəldilər

Avropa liderləri yaşıl enerji istehsalını gücləndirmək üçün razılığa gəldilər

Avropa ölkələrinin liderləri Şimal dənizini külək enerjisi istehsalı üçün mərkəzə çevirməyi hədəfləyən Bəyannamə imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, 9 Avropa ölkəsi Şimal dənizində 2030-cu ilə qədər 130 giqavatlıq dəniz külək elektrik stansiyaları quraşdırmağı hədəfləyir.

Bununla bağlı, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Belçika, Danimarka, İrlandiya, Norveç və Lüksemburqun liderləri Belçikanın Ostend şəhərində Şimal Dənizi Sammitində görüşüblər.

Tərəflər sammitdə külək investisiyalarının sürətləndirilməsi və Şimal dənizində enerji əlaqələrinin gücləndirilməsi öhdəliyi ilə bağlı Bəyanat imzalayıblar.

Aysu Demokrat.az

D
demokrat.az