Media Özəl

"Jurnalistikamız üçün bunun müsbət faydaları olacaq" — Elçin Şıxlı Prezidentin Fərmanından DANIŞDI

Jurnalistikamız üçün bunun müsbət faydaları olacaq — Elçin Şıxlı Prezidentin Fərmanından DANIŞDI

Xəbər verdiyimiz kimi, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb. Fərmana əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxacaq.

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" nəşrlərinin təsisçisi Elçin Şıxlı Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan jurnalistlərinin qəbul etdiyi etik qaydalarda bunların hamısı var.

"Bütün dünyadakı jurnalitika fakültələrində də bunlar tədris olunur. Həmçinin, ölkəmizdə də bu var. Əgər bunlara jurnalistlər riayət etmirlərsə, deməli, bu, jurnalistika deyil. Bu səlahiyyətləri indi Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) verirlər.

Əlbəttə ki, onlar bu işləri məhkəməyə yönləndirə biləcəklər. Hesab edirəm ki, jurnalistikamız üçün bunun müsbət faydaları olacaq".

Şəhanə Demokrat.az

D
demokrat.az