Sosial

TƏBİB: Partlayışda xəsarət alanlardan ikisi Yanıq Mərkəzinə təxliyə edilib

TƏBİB: Partlayışda xəsarət alanlardan ikisi Yanıq Mərkəzinə təxliyə edilib

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

Bu barədə TƏBİB-dən Demokrat.az-a məlumat verilib.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır", - deyə bildirilib.

D
demokrat.az