Gündəm

Nazirlik partlayışla bağlı məlumat yaydı

Nazirlik partlayışla bağlı məlumat yaydı

FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.

Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

D
demokrat.az