Sosial

Cəlal Qurbanov: “Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır”

Cəlal Qurbanov: “Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır”

Vətənpərvərlik layihələri ilə tanınan “Fireland Production” “Azman Holdinq”in dəstəyi ilə Müqəddəs Ramazan Ayı və bayramına həsr olunmuş daha bir tədbir həyata keçirib. Bu dəfə Azərbaycanın müxtəlif bölgələrindən 400-ə yaxın şəhid anasına iftar süfrəsi açılıb, rəsmi şəxslər öz çıxışlarında Ramazanda məhz şəhid analarının yad edilməsi ilə bağlı ürək sözlərini bildiriblər. Ölkənin tanınmış sənətçiləri qələbə ruhlu mahnılarla yanaşı ilahilər səsləndiriblər.

Aprelin 18-də saat 18:00-da Manqal Steak House-da baş tutan tədbiri tanınmış aparıcılar Nailə İslamzadə, Leyla Quliyeva və Lalə Azərtaş idarə edib. Tədbirin rəsmi hissəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Arzu Nağıyev və Ülvi Quliyev çıxış edərək günün əhəmiyyəti ilə bağlı fikirlərini dilə gətiriblər. Xalq artistləri Alim Qasımov, Azər Zeynallı, Zülfiyyə Xanbabayeva, əməkdar artist Fərqanə Qasımova, Zamiq Hüseynov, Mirələm Mirələmov tədbirin bədii hissəsini öz ifaları ilə rəngləndiriblər. Rəsmi hissə iftar vaxtı 14 yaşlı Hüseyn Qasımzadənin azan verməsi ilə yekunlaşıb. Tədbirin bədii hissəsi şəhid övladlarının müğənni Zamiq Hüseynovla birgə oxuduqları “Mənim atam qəhrəmandır” mahnısı ilə açılıb. İctimaiyyətə ilk dəfə təqdim olunan mahnının yay aylarında çəkiləcək kliplə bərabər təqdim olunacağı bildirilib. Daha sonra muğam ifaçıları Səbinə Ərəbli, Kamilə Nəbiyeva canlı musiqilər, təsniflər səsləndiriblər.

D
demokrat.az