Dünya Özəl

NATO-nun baş katibi Kiyevə məxfi səfər edib

NATO-nun baş katibi Kiyevə məxfi səfər edib

NATO-nun baş katibi Yens Stoltenberq məxfi şəkildə Ukraynanın paytaxtı Kiyevə qeyri-rəsmi səfərə gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "The Kiyv Independent" nəşri məlumat yayıb.

Nəşr Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında çəkilmiş kadrları da dərc edib.

Məlumata görə, səfər zamanı Stoltenberq Rusiya-Ukrayna müharibəsində həlak olan ukraynalıların xatirəsini yad edib.

Nəşr iddia edir ki, Stoltenberqin Ukraynaya səfəri rəsmi qurumlar tərəfindən gizlədilir.

Xatırladaq ki, bir neçə gün öncə YUNESKO-nun baş direktoru Odri Azule də Kiyevə səfər etmişdi.

Həsən Demokrat.az

NE
Nihadə Eyyubova