Sosial Özəl

Deputat Sahil Babayevə təşəkkür etdi

Deputat Sahil Babayevə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) təqdim olunub.

Bununla bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür layihələrin həyata keçirilməsi çox mühüm əhəmiyyətə malikdir:

"Bu, o deməkdir ki, sosial cəhətdən həssas olan insanların problemlerinin həlli Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Onların tapşırığına əsasən, insanların siyahısı tutulur və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə xüsusi tapşırıqlar verilir.

Rayonlar üzrə bu təbəqədən şəhid ailələri, müharibə əlilləri və gözdən əlil olan insanları hər rayon, şəhər üzrə siyahıları tutulur, ehtiyacları ödənilir. Buna müvafiq olaraq yerlərdə mənzillər alınır, yeni yaşayış binaları tikilir. Bu, birinci dəfə deyil, neçənci dəfədirki, biz dövlət tərəfindən belə xeyirxahlığın şahidi oluruq.

Deputat Sahil Babayevə təşəkkür etdi

Əminəm ki, bu cür işlər yenə də davam edəcək. Biz xüsusi diqqəti, ehtiyacı olan insanların problemlerinin dövlət tərəfindən həll ediləcəyini gözləyəcəyik, onların mənzillə təminatı günü-gündən genişlənəcək. İnanırıq ki, insanların əmək haqqı, təqaüdləri, pensiyaları ildən-ilə artacaq. Bunlar həmişə dövlətin diqqətində olan məsələlərdir. Bir deputat kimi mənzil alan insanları təbrik edirəm. Onlara yeni evlərində xoş günlər arzu edirəm.

Eyni zamanda, bu işdə əziyyəti olan, cənab Prezidentin tapşırığını yerinə yetirən nazir Sahil Babayevə və digər insanlara da öz təşəkkürümü bildirmək istəyirəm".

Şəhanə Demokrat.az

D
demokrat.az