Bu ilin ilk 3 ayı ərzində məscid və məbədlərə qazdan istifadə üçün xüsusi limit ayrılıb.
Demokrat.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
O, qeyd edib ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə qaz limiti ayrılıb:
"Qeyd olunan məscid və dini məbədlərə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit verilib. Bu da Azərbaycan hökumətinin tolerantlıq siyasətinin bariz nümunəsidir. Burada söhbət təkcə məscidlərdən getmir. Eyni zamanda digər dinlərə aid məbədlərə də bütün bunlar şamil olunur".
Aysu Demokrat.az


