Region Özəl

Rusiyada ən çox yol qəzası törədən əcnəbilər arasında Azərbaycan vətəndaşları da var

Rusiyada ən çox yol qəzası törədən əcnəbilər arasında Azərbaycan vətəndaşları da var

Rusiya Daxili İşlər Nazirliyi ölkədə ən çox yol qəzası törədən şəxslərin vətəndaşı olduğu ölkələrin siyahısını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Lenta.ru" saytında məlumat yayımlanıb.

Məlumatda deyilir ki, Rusiyada yollarda baş verən qəzalarının 61,5 faizində əcnəbi sürücülərin günahı var.

Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında ən çox qəza törədən sürücülərin vətəndaşı olduğu ölkələr arasında Azərbaycan və Ermənistanın da adı çəkilir:

"Yollarda törədilən qəzaların üçdə ikisi Ermənistan, Özbəkistan və Azərbaycan vətəndaşlarının payına düşür. Qəza törədən sürücülərin yarısı isə Belarus və Qazaxıstan respublikalarının vətəndaşlarıdır".

Həsən Demokrat.az

D
demokrat.az