Siyasət Özəl

Braziliya prezidenti Putinin Ukraynaya qarşı işğal siyasətini PİSLƏDİ

Braziliya prezidenti Putinin Ukraynaya qarşı işğal siyasətini PİSLƏDİ

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasını pisləyib və tərəfləri müharibəyə son qoymaq üçün vasitəçiliyə çağırıb.

Demokrat.az xəbər verir ki, o, bu sözləri Ruminiya prezidenti Klaus İohannis ilə görüşündə deyib.

Prezident açıqlamasında Braziliyanın Ukraynanın ərazi bütövlüyünü sonadək müdafiə etdiyini vurğulayıb.

Luiz İnasio Lula da Silva bildirib ki, Rusiya ötən il işğal etdiyi Ukrayna torpaqlarını geri qaytarmalıdır.

Xatırladaq ki, Luiz İnasio Lula da Silva daha əvvəl Ukraynanın 2014-cü ildə Rusiya qüvvələri tərəfindən işğal olunmuş Krımı qurban verməsini təklif etmiş, lakin bu təklif Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəti şəkildə rədd edilmişdi.

Aysu Demokrat.az

D
demokrat.az